CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Böyüklər üçün məşhur jurnalın redaktoru vəfat edib

"Hustler" jurnalının ilk nömrəsi 1974-cü ildə nəşr edilib. 1978-ci ildə jurnalın redaktoru Larri Flint, silsilə qətllərin müəllifi olan, qatil
Sputnik

BAKI, 11 fevral — Sputnik. Amerikanın məşhur pornoqrafiya jurnalı "Hustler"-in redaktoru Larri Flint vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 78 yaşlı redaktor ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, "Hustler" jurnalının ilk nömrəsi 1974-cü ildə nəşr edilib.

1978-ci ildə jurnalın redaktoru Larri Flint, silsilə qətllərin müəllifi olan, Cozef Pol Franklin tərəfindən silahlı hücuma məruz qalıb. Həmin hadisədən sonra ayaqları iflic olan Larri Flint əlil arabasına məhkum olub.