FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Masallının yaşlı sakinləri özlərini koronavirusdan sığortaladılar - FOTOLAR

Sputnik

Rahim Muradov, Sputnik Azərbaycan

Masallı rayonunda 65 yaşdan yuxarı rayon sakinlərinə COVID-19 infeksiyasına qarşı peyvənd vurulmasına başlanılıb.

Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi İlqar Ramizoğlunun Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, nəzərdə tutulduğu kimi ilkin mərhələdə 731 nəfər tibb işçisi vaksinasiya prosesinə cəlb edilib: "Fevralın 8-dən etibarən isə 65 yaşdan yuxarı vətəndaşların vaksinasiya prosesinə başlanılıb. Hal-hazırda da vaksinasiya uğurla davam etdirilir və 151 nəfərə vaksin vurulub. Ürək-damar xəstələri ilə yanaşı, şəkərli diabet xəstələri və hipertoniya xəstələrinin ilk olaraq vaksinasiyadan keçməsi daha məqsədə uyğun hesab edilir. Vətəndaşlarımıza müraciət edib demək istəyirik ki, COVID-19 virusuna qarşı vaksinasiya həyati əhəmiyyət kəsb edir. Bütün vətəndaşlarımızın bu vaksinasiya prosesində iştirak etməsi vacibdir".

İ.Ramizoğlunun sözlərinə görə, hər bir vətəndaş vaksin vurdurmaqla COVID-19 infeksiyasına təhlükəli ağırlaşmalarının və həyati təhlükəsinin qarşısını alır: "Ona görə də əhalidən vaksinasiya prosesində iştirak etməyi xahiş edirik. Birinci vaksin dozası vurulduqdan 28 gün sonra ikinci vaksin dozası da vurulacaq. Bu barədə peyvəndləmədə iştirak edən vətəndaşlara müvafiq qeydiyyat vərəqələri verilir və həmin vərəqələrdə ikinci peyvəndin vurulmasının vaxtı və saatı qeyd edilir".

Həkim onu da əlavə edib ki, COVID-19 virusuna qarşı vurulan vaksinin də digər vaksinlər kimi əks göstəriciləri mövcuddur: "Xroniki qan xəstəlikləri olan xəstələr üçün əks göstəricisi var, vaksin komponentlərinin hər hansı birinə qarşı hiperhəssaslığı olan xəstələrə qarşı əks göstərişlidir. Uzun müddət müxtəlif xroniki xəstəliklərdə hormonal müalicə qəbul edən, immunosupressiv terapiya qəbul edən xəstələr üçün əks göstərişlidir".

Peyvənd olunan Hacı Eminağa Hüseynov Masallı RMX-da yaradılan şəraitə görə bütün tibb işçilərinə minnətdarlığını bildirib: "Bu vaksinlərin keyfiyyətinə inamım və etibarım olduğu üçün buraya könüllü gəlmişəm. Ona görə də hamıya gəlib peyvənd olunmağı məsləhət görürəm. Səhhətimdə heç bir ağırlaşma yoxdur və inşallah olmayacaq da. 28 gündən sonra da yenə gəlib ikinci vaksini vurduracağam".

1 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
2 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
3 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
4 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
5 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
6 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
7 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
8 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
9 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
10 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
11 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
12 / 12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya