Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edirlər

30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.
Sputnik

 

BAKI, 11 fevral — Sputnik. Azərbaycan hərbi dənizçiləri "AMAN-21" çoxmillətli təlimlərində müşahidəçi qismində iştirak edirlər. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitləri Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən "AMAN-21" çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində müşahidəçi qismində iştirak edirlər.

30-dan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-dək davam edəcək.