CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hikmət babanın evi təmir olunur

Qısa zamanda təmir prosesinin yekunlaşacağı gözlənilirQısa zamanda təmir prosesinin yekunlaşacağı gözlənilir
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. II Qarabağ müharibəsinin başladığı ilk günlərdə Şəkinin Baş Küngüt kəndinin yaşlı sakini Hikmət baba kimi tanıdığımız Hikmət Musayevin öz təqaüdündən 180 manat Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməsi haqda xəbər vermişdik. Bu hərəkət sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.

Ən çox diqqət çəkən məqam isə Hikmət Musayevin ASAN Xidmət mərkəzinə nimdaş çəkmə ilə gəlməsiydi. Babanın comərdliyi hər kəsi heyrətləndirmişdi.

Artıq bir neçə aydır ki, Hikmət Musayevin evinin təmiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşları hesabına aparılır. Nazirliyin Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə görülən işlərdən danışıb: "Evin təmiri davam edir, artıq tavan və döşəmə vurulub. Sanitar qovşaq düzəldilir. Eyni zamanda, evin önündə də təmiri işləri davam etdirilir".

Qısa zamanda təmir prosesinin yekunlaşacağı gözlənilir.