BAKI, 10 fevral - Sputnik. Türkiyə COVID-19 əleyhinə "Sputnik V" peyvəndini qeydiyyata alaraq istehsal edə bilər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bu gün Elmi Qurumun iclasından sonra keçirilən brifinqdə deyib.
Ancaq F.Koca deyib ki, bu, yalnız "Sputnik V" vaksininin toksikoloji testlərdən keçəcəyi hada mümkün olacaq.
Həmçinin F.Koca qeyd edib ki, Türkiyəyə bu ayın sonunadək 500-800 min doza, martın sonunadək isə 5 milyon doza Biontech peyvəndi gətirilməsi gözlənilir. Çinlə isə Türkiyə 100 milyon doza SinoVach peyvəndinin alınması barədə razılığa gəlib.
Türk nazir Twitter hesabından koronavirus əleyhinə ikinci doza peyvəndi vurdurduğunu da qeyd edib.