BAKI, 10 fevral — Sputnik. S-400 zenit-raket komplekslərinin yaradıcısı, "Almaz-Antey" konserni "Volk-18" (Canavar-18) PUA ələ keçirənin sınaqlarını yekunlaşdırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, "Volk-18" düşmən dronlarını avtomatik rejimdə tapa, vura və ya onlarla toqquşa bilər.
Şirkətin yaydığı məlumata görə, "Volk-18" uçuş sınaqları zamanı "real hədəf dronları məhv edib".
"Dövlət sınaqlarını bu il keçirməyi planlaşdırırıq", - deyə konserndən bildirilib.
Qeyd olunur ki, "Volk-18" müasir optik-lokasiya sistemi və idarəetmə sistemi ilə təchiz olunub.