RUSİYA

Zukerberqlə bağlı qəribə xəbər - Rusiyadan elə bir şey istəyib ki...

Mark Zukerberq dünyanın ən varlı beş insanı arasındadır. Buna görə də onun adından Rusiya məhkəməsinə müflisliklə bağlı ərizə gəlməsi təəccüb doğurur
Sputnik

BAKI, 10 fevral - Sputnik. Facebook-un yaradıcısı Mark Zukerberqin Moskvanın Arbitraj Məhkəməsinə müflis olması barədə verdiyi ərizəsi Rusiyanın arbitraj işləri kartotekasında peyda olub. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ərizə fevralın 9-da qeydə alınıb və hakim Larisa Kravçukun baxması üçün yönləndirilib. 

Hazırda başqa təfərrüat bəlli olmasa da, məlumat bazasında belə ərizənin peyda olması hələ onun gerçəkdən Zukerberq tərəfindən verilməsi anlamına gəlmir.

Faktiki olaraq, Rusiya məhkəməsinə özünün müflis olması barədə ərizə vermək hər kəsin haqqıdır, qeydiyyat zamanı ərizə müəllifinin şəxsiyyətinin təsbit olunması aparılmır. Bütün parametrlər sonradan aydınlaşdırılır. 

Bloomberg agentliyinə və Forbes jurnalına görə, Mark Zukerberq dünyanın ən varlı beş insanı arasındadır.