SƏHİYYƏ

Peyvənd olunan şəxs yenidən yoluxa bilər? - TƏBİB-dən açıqlama

Türkiyədə aparılan tədqiqatlar "CoronaVac" vaksininin effektivlik dərəcəsini 92 faiz qiymətləndirir. Braziliyada aparılan tədqiqatlar vaksinin xəstəliyi ağır və orta ağır hallardan 100 faiz qorumasını təsdiq edib
Sputnik

 

BAKI, 10 fevral — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) peyvənd olunan şəxsin koronavirusa yenidən yoluxma ehtimalına aydınlıq gətirib. TƏBİB-dən Sputnik Azərbaycan-a verilən açıqlamada bildirilib ki, peyvənd ikinci doza vurulduqdan iki həftə sonra öz təsirini göstərməyə başlayır və qanda anticisimləri təyin etmək mümkün olur. Lakin bu fakt hər kəsin immun sisteminə görə dəyişə bilər.

Qeyd olunub ki, müxtəlif peyvəndlər üzərində aparılan tədqiqatların nəticələri fərqlidir: "Türkiyədə aparılan tədqiqatlar "CoronaVac" vaksininin effektivlik dərəcəsini 92 faiz qiymətləndirir. Braziliyada aparılan tədqiqatlar vaksinin xəstəliyi ağır və orta ağır hallardan 100 faiz qorumasını təsdiq edib".