RUSİYA

Avropa Rusiya ilə münasibətlərini dalana dirəyib: Amma nədənsə buna görə sevinmir

İndi bütün dünya Aİ-nin Rusiyanın "Şimal axını-2" təbii qaz kəməri və "Sputnik V" peyvəndinə ehtiyacı olduğunu gözəl bilir. Belə çıxır ki, "qeyri-demokratik rejim" elmi və texnoloji baxımdan Avropa kimi demokratiyanın beşiyi sayılan qitədən daha çox inkişaf edib
Sputnik

BAKI, 10 fevral — Sputnik, İrina Alksnis. Dünən Avropa Parlamentində Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsi başlayıb. Sanksiyaların fevralın 22-də Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclasında nəzərdən keçirilməsi planlaşdırılır.

Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətlər tarixin ən pis böhranını yaşayır. Hazırkı vəziyyət mütəxəssislər tərəfindən hətta 2010-cu illərin ortalarında olduğundan da mənfi qiymətləndirilir.

Avropa "Sputnik V"-yə inandı: Almaniya bir xeyli qabağa düşəcək

Avropa diplomatiyasının rəhbəri Cozep Borrellin ötən həftənin sonunda baş tutan Moskva səfəri Qərbdə böyük uğursuzluq kimi qiymətləndirildi. Avropa mətbuatı hələ də onun Sergey Lavrovun yanında nə qədər zəif göründüyündən və Rusiya rəhbərliyinin Avropanı və onun təmsilçisini alçaltmaq üçün əlindən gələni etdiyindən yazır.

2014-cü ildən bəri tərəflər arasında qarşıdurma eyni sxem üzrə gedirdi: Qərb Rusiyanı dəhşətli günahlarda ittiham edir, Rusiya isə təmkinini qoruyaraq hücumlara qarşı mübarizə aparırdı. Sonra Moskvaya qarşı "cəza" tədbiri kimi yeni sanksiyalar tətbiq edildi və bunlar simmetrik və ya asimmetrik tədbirlərlə davam etdi. Beləliklə, ABŞ və Aİ sadəcə "cəza" tədbirlərinə reaksiya verən Rusiyaya qarşı istədikləri anda qarşıdurma alətinə əl atmaq imkanına sahibdir.

Aydın məsələdir ki, bu vəziyyəti Qərblə əməkdaşlıqdan asılı olan Moskvanın zəifliyi kimi qəbul edən siyasi qüvvələr də tapıldı. Onların fikrincə, Rusiya belə addımlara qarşı kifayət qədər sərt reaksiya verməli idi ki, bir də heç kim buna cəsarət etməsin.

Bu dəfə hər şey ənənəvi ssenari üzrə başladı – Avropa rus blogerin qəsdən zəhərlənməsi ilə bağlı qəribə əhvalatı ortaya atdı. Dərhal aydın oldu ki, Kremlin əvvəlki "cinayətləri" artıq öz qüvvəsini itirib və qarşıdurma üçün bəhanələrin növbəti dalğası gələcək. Düzdür, elə təxminən eyni vaxtda bu dəfə hadisələrin fərqli ssenari üzrə gedəcəyi barədə eyhamlar ortaya çıxdı. Çünki Rusiya baş verənlərə adət olunmadığı qədər sərt reaksiya vermişdi.

Zelenski "Sputnik V" peyvəndi barədə: "Bu, onların əhalisi üçün pozitivdir"

Ötən aylar ərzində Rusiya Xarici İşlər Nazirliyinin üstüörtülü bəyanatları Moskvanın Avropa təxribatına bərk qəzəbləndiyinə işarə edirdi. Ancaq sərhədin o biri tərəfindəkilər ya diplomatik dilin incəliklərini unutmuş, ya da bunların boş söz yığınından başqa bir şey olmadığına qərar vermişdilər. Odur ki bu məsələdə Rusiya tərəfinin təşəbbüsü ələ alması onlar üçün böyük sürpriz oldu.

Ev sahiblərinin kifayət qədər sərt ritorikası ilə yanaşı, üç avropalı diplomatın Rusiyadan qovulması haqqında xəbəri də özü ilə aparan Borrellin Moskvadakı fiaskosu aydın səmada çaxan şimşək təsiri bağışladı. Nəticədə Avropa dərhal öz hərəkət strategiyasını yenidən qurmaq məcburiyyətində qaldı ki, hələlik buna nail olduğunu söyləmək çətindir. Rusiyalı diplomatların Avropadan sürgün edilməsi isə daha böyük effekt yaratdı. Çünki artıq rollar dəyişmişdi.

Qərbin "düzgün olmayan rejimləri sanksiyalarla, nəsihət verməklə və ən nəhayət, humanitar "bombardman" yolu ilə tərbiyə etmək" mövzusu sadə bir postulata dayanır: biz daha inkişaf etmiş, daha firavan və uğurlu olduğumuza görə başqalarına dərs vermək hüququna sahibik. Bu qədər uğur qazanmağımızın səbəbi isə odur ki, bizdə demokratiya, insan hüquqları və söz azadlığı var.

Bu ifadənin ikinci hissəsi ağ yalandan ibarətdir, ancaq birinci hissə ilə mübahisə etmək həqiqətən də çətindir. Və bu, əlbəttə ki, Avropa və ABŞ-ın, demək olar ki, həmişə daha sərfəli mövqedə dayandıqları və kontragentlərə təzyiq etmək üçün daha çox fürsətə sahib olduqları beynəlxalq əməkdaşlığın xüsusiyyətlərinə öz təsirini göstərir.

Ancaq indi bu dəqiqə Avropa özü çox həssas vəziyyətdədir, Rusiya əleyhinə kampaniyanın yeni mərhələsi gözlənilmədən bu qitə üçün mənfi ssenariyə çevrilib.

İndi bütün dünya Avropa İttifaqının Rusiyanın "Şimal axını-2" təbii qaz kəməri və "Sputnik V" peyvəndinə ehtiyacı olduğunu gözəl bilir. Belə çıxır ki, "qeyri-demokratik rejim" elmi və texnoloji baxımdan Avropa kimi demokratiyanın beşiyi sayılan qitədən daha çox inkişaf edib. Özü də hər bir ölkədən peyvənd kimi yüksək səriştə tələb edən peyvənd istehsalında. Yeri gəlmişkən, bu məsələlərin heç biri Rusiya üçün həyati əhəmiyyət kəsb etmir: Avropa almasa belə, təbii qazını göndərməyə yer tapacaq, eləcə də "Sputnik V"-nin alıcıları kifayət qədərdir.

Nəticədə Brüssel digər Qərbi Avropa paytaxtları ilə birlikdə (əlbəttə ki, ilk növbədə Berlinlə) qarşıdakı çətin tapşırığın öhdəsindən gəlməlidir.

Rusiya işi məhkəmədə həll edə bilər, ancaq liderlərin qərarını gözləyir

Avropa bir tərəfdən, Rusiyadakı daxili sabitliyi pozmağa yönəlmiş kampaniyanı müxalifətdən istifadə edərək mütləq davam etdirməlidir, çünki NATO üzrə müttəfiqlər bunun üçün İttifaqa təzyiq göstərir. Digər tərəfdən, Avropa öz simasını qoruyub saxlamağa çalışır (hərçənd, Moskvanın hazırkı demarşlarından sonra simasını itirməyə doğru gedir) və bu, həqiqətən, ruslar üçün həssas tədbirlər görülməsinin zəruriliyi deməkdir. Üçüncü isə qaz kəmərinin inşasını və "Sputnik V" ilə bağlı əməkdaşlığı pozmamaq üçün, necə deyərlər, çox zilə qalxa bilmir. Bu məsələdə Vaşinqtonun da çox ciddi maraqları var və Kremlin səbri açıq-aşkar tükənir.

Uzun illər ABŞ-ın kölgəsində və tabeliyi altında qalan Avropanın müstəqil geosiyasi oyun oynamaq arzusunu başa düşmək olar. Amma Avropanın oyunun sonrakı gedişlərinə hazır olmadığı açıq-aşkar ortadadır və ən acınacaqlısı budur ki, uduşa qoyduğu bu qitənin öz gələcəyidir.