CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibkarları gələn ilədək rahat buraxdılar

Bununla bağlı məsələ "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb
Sputnik

BAKI, 9 fevral — Sputnik. Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların daha bir il dayandırılması təklif edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı məsələ "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılması təklif edilir.