CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlər yataqxana otaqlarını satışa çıxarıblar? - Rəsmi açıqlama

"Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların dövlət komitəsinə heç bir aidiyyəti yoxdur"
Sputnik

BAKI, 9 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqların satışa çıxarılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Komitədən Sputnik Azərbaycan-a bildirilib ki, Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə məlumatlar yayılıb: "Bununla əlaqədar olaraq bildiririk ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların dövlət komitəsinə heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, dünən telekanallarda məcburi köçkünlərin yataqxanaları satışa çıxardığı barədə süjet yayımlanıb.