İQTİSADİYYAT

Azərbaycan nefti "taxtı"nı geri qaytarır

"Azeri Light" neftinin qiyməti 2008-ci ilin iyulunda maksimuma yüksələrək 149,66 dollar, keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar olub.
Sputnik

BAKI, 9 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,60 dollar artaraq 61,11 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

“Brent” markalı neftin qiyməti 0,54 dollar artaraq 61,10 dollar, “Light” markalı neftin qiyməti isə 0,49 dollar bahalaşaraq 58,46 dollar olub.

"Azeri Light" neftinin qiyməti 2008-ci ilin iyulunda maksimuma yüksələrək 149,66 dollar, keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar olub.