Pakistanın Lahor şəhərində Hum Bridal Couture Week 18-ci azad toy modası həftəsi keçirilib. Pakistanın aparıcı əyləncə platforması olan HUM TV Network Limited pandemiya dövründə iri gəlinlik paltarı nümayişini təşkil etməklə cəsarətli addım atıb.
Təşkilatçılar bütün ehtiyat tədbirlərini görüblər: ara məsafəsi qorunub, maskalar taxılıb, hər nümayişdən sonra məkan dezinfeksiya olunub.
Üç gün ərzində tədbirdə 35 dizayner və brend nümayiş etdirilib. Hum Bridal Couture Week-də dəb nümayişləri ənənəvi və müasir geyimlərin uğurlu seçilməsi baxımından müxtəlif zövqlü tamaşaçıları razı sala bilib.