RUSİYA

NATO ölkələrindən Rusiyaya 5G qadağası

Söhbət Latviya və Estoniyadan, eləcə də alyansa daxil olmayan, ancaq hərbi sistemi bu qurumun standartlarına uyğunlaşdırılmış Finlandiyadan gedir.
Sputnik

BAKI, 9 fevral — Sputnik. Bəzi NATO ölkələri Rusiyanın sərhədyanı zonalarda 5G şəbəkəsindən istifadə etməsinə qarşı çıxıb. Bu barədə vesti.ru məlumat yayıb.

Söhbət Latviya və Estoniyadan, eləcədə də, alyansa daxil olmayan, ancaq hərbi sistemi bu qurumun standartlarına uyğunlaşdırılmış Finlandiyadan gedir. Bu ölkələr Rusiya mobil operatorları tərəfindən Sankt-Peterburq şəhəri yaxınlığında 5G şəbəkəsi üçün 4.8-4.99 GHz tezliyindən istifadəyə etiraz edirlər. Bildirirlər ki, bu diapazonda onların hərbi aviasiya sistemi işləyir. Onların fikrincə, Rusiyanın 5G mobil şəbəkə qüllələri NATO aviasiya sistemləri üçün ciddi maneə yaradır.

Qeyd edək ki, bir qədər bundan əvvəl Şimali Atlantika İttifaqı "Rusiya təcavüzü" səbəbindən müdafiə xərclərini artırmağa çağırmışdı.