RUSİYA

Azərbaycan və Rusiya XİN rəsmiləri Moskvada görüşüblər

Rusiya XİN: "Danışıqlar ənənəvi olaraq ölkələrimiz arasında olan strateji tərəfdaşlıq münasibətlərinə uyğun konstruktiv və dostluq atmosferində keçib".
Sputnik

BAKI, 9 fevral - Sputnik. Moskvada Rusiya, Azərbaycan xarici işlər nazirlərinin müavinləri Andrey Rudenko və Xələf Xələfov  arasında görüş keçirilib. 

Sputnik Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə ikitərəfli, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunub. 

"Danışıqlar ənənəvi olaraq ölkələrimiz arasında olan strateji tərəfdaşlıq münasibətlərinə uyğun konstruktiv və dostluq atmosferində keçib", - deyə Rusiya XiN-in məlumatında qeyd olunub.