Mətbuat mərkəzi

2021-ci ildə vergilər və Vergi Məcəlləsinə edilən dəyişikliklərin mahiyyəti

İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi güzəştlərinin 2021-ci ildə davam edib-etməyəcəyi və Vergi Məcəlləsinə edilən dəyişikliklərin nədən ibarət olduğu barədə danışacaq.
Sputnik

 

Hələ 2020-ci ilin yazında Azərbaycanın Milli Məclisi (parlament) Vergi Məcəlləsinə COVID-19 koronavirus pandemiyası kontekstində sahibkarlıq subyektlərinə vergi güzəştlərini nəzərdə tutan dəyişikliklər etdi. Dəyişikliklərə əsasən, 1 yanvar 2020-ci il tarixindən etibarən hotellər və digər turizm obyektləri, tur operatorları və agentliklərinin fəaliyyəti, iaşə sektoru, taksi fəaliyyəti də daxil olmaqla ölkədaxili avtomobil sərnişindaşıması kimi sahələr əmlak və torpaq vergilərindən tamamilə azad edilib.

Fevral-mart aylarında Azərbaycanda illik vergi bəyannamələrinin təqdim olunması müddəti başa çatır. Kiçik və orta sahibkarlıqla məşğul olan bir çox sahibkar 2020-ci ildə tətbiq olunan vergi güzəştlərinin bu il də davam edib-etməyəcəyindən narahatdır. Bundan başqa, Vergi Məcəlləsi işğaldan azad edilmiş rayonlarda iqtisadi fəaliyyət və güzəştli vergilərə dair dəyişiklikləri nəzərdə tutur.

Fevralın 11, saat 12:00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Vergi güzəştlərinin 2021-ci ildə davam edib-etməyəcəyi və Vergi Məcəlləsinə edilən dəyişikliklərin nədən ibarət olduğu barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi