HADİSƏ

Şəkidə dəhşətli qəza: Sürücü və sərnişin öldü

E.Musayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini D.Mustafayev elə hadisə yerində ölüb.
Sputnik

BAKI, 8 fevral — Sputnik. Şəkidə 2 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Məlumata görə, rayonun Aşağı Göynük kəndi ərazisində kənd sakini E.Musayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini D.Mustafayev elə hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.