BAKI, 8 fevral — Sputnik. Mədəniyyət Nazirliyi Xristian irsimizin bərpası ilə bağlı yeni bir layihənin icrasına start verib.
Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, layihə ""Xristian irsimizi tanıyaq": Alman Lüteran kilsəsi (Şəmkir, 1909)" adlanır.
Qeyd edək ki, 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi Azərbaycanın Şəmkir şəhərində yerləşir. Sputnik Azərbaycan xəbər verir ki, məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.
Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilib və abidə kimi qorunur.