CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağda yeni radionun yayımı ilə bağlı müsabiqə elan edildi

Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib
Sputnik

BAKI, 8 fevral — Sputnik. Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib. MTRŞ-dan Sputnik Azərbaycan-a bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub.

İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının ("Xəzər" radiosu, "Azad Azərbaycan" radiosu, "100.5 FM - Fərqli radio", "Avto FM" radiosu, "Araz" radiosu, "Space" radiosu, "Radio Antenn", "Media FM" radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.

İclasda həmçinin, Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.