Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 8 fevral — Sputnik. Məşhur azərbaycanlı model Səmra Hüseynova qadına qarşı şiddətə yox demək məqsədi ilə fotossesiya etdirib. "Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, fotoların müəllifi Pərviz Qasımzadədir:
"Qadına zorakılıq və şiddətə qarşı bir layihədir. Əsərin mənası belədir: Qadın güldür, çiçəkdir. Tikanları özünü qoruması üçündür. Öz ayaqları üstündə durmağı bacaran qadını ləkələməzlər".
"Modellik sənətdir, incə sənətdir. Model olmasa, rəssam rəsmini, dərzi libasını, fotoqraf sərgisini nümayiş etdirə bilməz. Nə rəssam, nə dərzi, nə də fotoqraf qarşısında əsla soyunmaqdan utanmadım. Çünki, incəsənət bizə lüt ikən bağlılığı öyrətdi. Bizə baxmağı öyrədir. Bizə birlikdə sənət yaratmağı öyrədir. Və mən sənətimdən utanmıram", -deyə məşhur model fikirlərini tamamlayıb.
Qeyd edək ki, Səmra Hüseynova Azərbaycan modelləri arasında ən ekstravaqantlardan sayılır. O, istənilən eksperimentə hazırdır. Dəb nümayişlərində iştirak edir, tanınmış brendlərin reklam çarxlarında çəkilir. Model tez-tez açıq-saçıq fotolayihələrdə iştirak edir və onları sosial şəbəkədə paylaşmaqla böyük rezonans yaradır.