CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə Gürcüstandakı hadisə ilə bağlı araşdırma aparır

Bu kimi hallarla mübarizə üçün 2012-2013-cü illərdə Tbilisidə, eyni zamanda Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə maarifləndirici təlimlər keçirilib.
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. "2015-2016-cı illərdə Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi tərəfindən mütəmadi aolaraq Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycan dilində maarifləndirici vəsaitlər hazırlayaraq göndərib. Bu vəsaitlər uşaq nikahlarının qarşısının alınması, məişət zorakılığının aradan qaldırılması haqda olub. Baş verən bu kimi hadisələr komitə tərəfindən qınanılır".

 Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Elgün Səfərov bu gün Gürcüstanda 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı dayısı oğluna nişanlanması barədə yayılmış və rezonansa səbəb olmuş hadisə ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, bu kimi hallarla mübarizə üçün 2012-2013-cü illərdə Tbilisidə, eyni zamanda Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdə maarifləndirici təlimlər keçirilib.

Qeyd edək ki, faktla bağlı komitə tərəfindən araşdırma aparılır.