Hacıqabulda təbiət hadisəsi baş verib

Zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Sputnik

BAKI, 8 fevral - Sputnik. Azərbaycanın Hacıqabul rayonu ərazisində zəlzələ olub.

Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Əhali zəlzələni hiss etməyib. Zəlzələnin maqnitudası 4, dərinliyi 3 km olub.