“Mən hesab edirəm ki, Rusiyanın mövqeyi çox konstruktivdir və bu konstruktiv yanaşma son on beş il ərzində şəxsən Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan təmaslar, şəxsi diplomatiya əsnasında baş vermişdir”. Bu fikirləri Sputnik Azərbaycan-a ekskluziv müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
“Rusiya Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəfələrlə çıxış etdi. Müharibədən əvvəl də Rusiya tərəfi bildirirdi ki, Azərbaycanın işğal olunmuş əraziləri mərhələli şəkildə azad olunmalıdır. Eyni zamanda bizə sirr də deyil ki, Rusiya və Ermənistan arasında hərbi siyasi bloku mövcuddur. Lakin reallıq ondan ibarətdir ki, Rusiya dünyada güclü bir ölkədir. Ona görə Azərbaycan da bu ölkə ilə konstruktiv əlaqələri inkişaf etdirməlidir”, – deyə o bildirib.
Fərid Şəfiyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz