BAKI, 8 fevral — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Co Bayden söz verib ki, sələfi Donald Trampdan fərqli olaraq Çinlə ticarət müharibələrinə başlamayacaq. Bunun əvəzinə beynəlxalq qaydalar çərçivəsində dünyanın ikinci iqtisadiyyatı ilə rəqabət aparacaq. Bu barədə Sputnik Azərbaycan "CNBC"-yə istinadən xəbər verir.
Baydenin sözlərinə görə, iki ölkə arasında artan gərginlik əvəzinə rəqabət olmalıdır. ABŞ Prezidenti vurğulayıb ki, Çin sədri Si Cinpini görüşməmələrinə baxmayaraq yaxşı tanıyır: "O, çox ağıllıdır. Bunu tənqid kimi demirəm, lakin onun bədənində sanki demokratiyaya cavab verən sümüklər yoxdur".