SƏHİYYƏ

Almaniyada 14 nəfər peyvənd olunduqdan sonra koronavirusa yoluxub

Qeyd edək ki, koronavirusa yoluxan qocalar evinin bütün sakinləri yanvarın 25-də ikinci dəfə peyvənd olunub.
Sputnik

BAKI, 8 fevral - Sputnik. Almaniyanın şimal-qərbində yerləşən Aşağı Saksoniyadakı qocalar evində 14 nəfər “Pfizer” peyvəndindən sonra “Britaniya ştamı”na yoluxub. 

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilib.

Qeyd edək ki, qocalar evinin bütün sakinləri yanvarın 25-də ikinci dəfə peyvənd olunub.