BAKI, 7 fevral — Sputnik. Rusiya Müdafiə Nazirliyi öz Youtube kanalında Tu-95MC bombardmançı-raketdaşıyanın təlim uçuşunun videosunu paylaşıb.
Qeyd olunur ki, uçuş-taktiki təlimlər Amur vilayətində keçirilib.
"Pilotlar verilmiş rayonda hava patrulu həyata keçiriblər, uçuşlar mürəkkəb hava şərtlərində həyata keçirilib", - nazirliikdən bildirilib.
Tu-95MC bombardmançıları Rusiyanın nüvə triadasının hava komponentidir. Onlar uzaq mənzilli strateji aviasiya qanadlı raketlərini daşıya və kontinental hərbi hərəkətlərin dərin arxa cəbhəsində hədəfləri vura bilirlər.