FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin fotoları: Marmot günü və pəncərədə hakimlər

Sputnik

Geridə qalan həftə planetin müxtəlif yerlərində maraqlı hadisələrlə yadda qaldı. Bir sıra ölkələrdə koronavirusa qarşı vaksinasiya başladı. Bununla belə iki milyondan çox insanın həyatına son qoyan infeksiya ilə əlaqədar pandemiya davam edir.

Hər il fevralın əvvəlində keçirilən Venesiya karnavalı, bu il onlayn formatda təşkil olunub. Venesiyada karnavalın keçirildiyi San-Marko meydanında nə rəqslər, nə bayram əhvalı var.

Etirazlarsız da ötüşmədi. Parisdə yeni "Qlobal təhlükəsizlik" qanun layihəsinə etiraz etmək insanlar küçələrə çıxıblar. Qanuna əsasən, polis əməkdaşlarının üzləri aydın şəkildə görünən fotoları internetdə yerləşdirən, eləcə də, onların adlarını və ünvanlarını yayan şəxsləri böyük cərimə və həbs gözləyir.

Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.

1 / 26
Banqkokda River City Arts and Antiques ticarət mərkəzində qadın şəkilə baxır.
2 / 26
Tailandda etiraz aksiyasının iştirakçısı.
3 / 26
Dubayda "Gələcəyin muzeyi" binasından sallanan işçilər.
4 / 26
Parisdə Respublika meydanında "Qlobal təhlükəsizlik" qanun layihəsinə etirazlar.
5 / 26
Almaniyada tramplindən tullanma üzrə FIS Dünya Kubokunda hakimlər.
6 / 26
Rio-de-Janeyronun kənarında qadın çimərlik geyimini izolyasiya lenti ilə yapışdırır.
7 / 26
Varşavada abortlarla bağlı qanunun sərtləşdirilməsinə etirazlar.
8 / 26
Braziliyada çay kənarında yaşayan insanları vaksinaya etmək üçün gedən tibb işçirləri.
9 / 26
Suriyanın Azaz şəhərində avtomobilin partladılması nəticəsində yaralanan uşağı qucağında aparan kişi.
10 / 26
İndoneziyada Lxoknqa çimərliyində fotoqraflara poz verən model.
11 / 26
Fransa Prezidenti Emmanuel Makron Parisdə Yelisey sarayında Slovakiyanın Baş naziri İqor Matoviçlə birgə bəyanat zamanı çətir tutur.
12 / 26
Belçikada boş qalan "Chez Therese" restoranında hökumətin koronavirus pandemiyası ilə bağlı qərarlarına etiraz olaraq manekenləri əyləşdiriblər.
13 / 26
Kabul kənarında oynayan əfqan uşaqları.
14 / 26
Sudan qadınları Nyala kəndindən 85 km aralıda eşşəklərlə su daşıyırlar.
15 / 26
Pakistanda tamaşa zamanı zibil qutusunda Çarli Çaplinin kostyumunda olan kişi.
16 / 26
Tokioda "Kawaii Monster Cafe"nin əməkdaşları.
17 / 26
Böyük Britaniyada könüllülər koronavirus testləri paylayırlar.
18 / 26
Braziliada Milli konqres binası üzərində ildırım.
19 / 26
Sarang helikopter qrupu Banqalorda Aero İndia 2021 aviasalonunda çıxışı zamanı.
20 / 26
Venesiyada Müqəddəs Mark meydanında ənənəvi tabarro geyimində olan insanlar.
21 / 26
Barselonada qasırğadan sonra göy qurşağı fonunda fotosessiya.
22 / 26
ABŞ-da Marmot günündə Fil adlı marmot.
23 / 26
Frankfurtda paltar mağazasının əməkdaşları daşqının nəticələrini aradan qaldırırlar.
24 / 26
Vatikan muzeyində Bramante pilləkəni ilə düşən kişi.
25 / 26
Almaniyada qatar su basmış ərazidən keçir.
26 / 26
Tayms-skverdə güclü qar zamanı qız.