CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metropoliteni yayılmış xəbəri təkzib edir

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda metropoliten işləməsə də, işçilər, o cümlədən maşinistlər işə çıxırlar. 
Sputnik

BAKI, 7 fevral - Sputnik. Bu gün bir sıra mətbu orqanları tərəfindən Bakı metrosunun fevralın 15-dən açılacağı barədə xəbər yayılıb.  Xəbərdə bildirilir ki, “Bakı Metropoliteni” QSC-də bütün işçilərə, o cümlədən maşınistlərə fevralın 15-dən işdə olmaq tapşırığı verilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu xəbəri təkzib edib. Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, hazırda metropoliten işləməsə də, işçilər, o cümlədən maşinistlər işə çıxırlar. 

Matreonun açılıb-açılmamasına gəldikdə isə, Məmmədovun sözlərinə əsasən, pandemiya dövründə metronun fəaliyyəti ilə bağlı qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, ona görə də bu barədə rəsmi qərar olmadan nəsə demək olmaz.