ABŞ-ın keçmiş dövlət katibi vəfat edib

Şults, xüsusilə ABŞ prezidentləri Riçard Nikson və Ronald Reyqan administrasiyalarında əsas vəzifələrdə çalışıb.
Sputnik

BAKI, 7 fevral - Sputnik. ABŞ-ın keçmiş dövlət katibi Corc Şults Kaliforniyada 101 yaşında vəfat edib.

“Report”un məlumatına görə, bu barədə keçmiş diplomatın işlədiyi Huver İnstitutunun saytında yayımlanan açıqlamada deyilir.

Şults, xüsusilə ABŞ prezidentləri Riçard Nikson və Ronald Reyqan administrasiyalarında əsas vəzifələrdə çalışıb.