CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təlimata görə, ayda, MTK-ya görə, ildə bir dəfə - həmişə təmizlikdə!

"Əgər MTK-lar bizim yerli şöbələrlə müqavilə bağlasa, briqadalar gedib həmin binanı dezinfeksiya edir".
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Azərbaycanda yeni tikilmiş binalar dezinfeksiya üçün müqavilə bağlamaqdan imtina edir. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov söyləyib. O bildirib ki, cari dezinfeksiya ilə yanaşı, mütləq yaşayış binaları pandemiya dövründə dezinfeksiya edilməlidir:

"Bizim yerli qurumlar MTK-lara bununla bağlı müraciət edir. Amma onlar bundan çox vaxt imtina edirlər. Pul ödəyib yaşayış binasını dezinfeksiya etdirmək istəmirlər. Əgər MTK-lar bizim yerli şöbələrlə müqavilə bağlasa, briqadalar gedib həmin binanı dezinfeksiya edir. Çox təəssüf ki, yeni yaşayış binalarında MTK-lar bu müqaviləni bağlamağa maraq göstərmir".

A,Məmmədov deyir ki, yaşayış binaları, təlimatlara əsasən, ildə bir dəfə, pandemiya dövründə isə ayda bir dəfə dezinfeksiya olunmalıdır. Onun sözlərinə görə, koronavirus pandemiyasından sonra müraciətlərin yerinə yetirilməsi üçün rəhbərlik etdiyi qurumun əməkdaşları üç növbə işləyirlər.