BAKI, 6 fevral - Sputnik. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 7 fakt üzrə 9 720 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Xəbərə görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn müxtəlif markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.
Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 9 720 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.