CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bazar ertəsi, Şah Dili sahili, pulsuz əyləncə

Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron Milli Parkının füsunkar təbiətini görmək, flaminqoları müşahidə etmək istəyən hər kəs dəvətlidir
Sputnik

BAKI, 6 fevral — Sputnik. Abşeron Milli Parkında "açıq qapı" günü keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər. Abşeron Milli Parkının yaranması günü ilə əlaqədar fevralın 8-də milli parkda "açıq qapı" günü və maarifləndirici tədbirlər keçiriləcək, ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Şah Dili adlanan ərazidə yerləşən və üç tərəfdən dənizlə əhatə olunan Abşeron Milli Parkının füsunkar təbiətini görmək, flaminqoları müşahidə etmək istəyən hər kəsi milli parka dəvət edirik.

Qeyd edək ki, Abşeron milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə yaradılıb.