Tramp yazır, Bayden pozur, adı siyahıda olanlar sevinirlər

Donald Tramp administrasiyası Baydenin andiçmə mərasimindən bir gün əvvəl Yəməndəki husiləri terrorçular siyahısına salmışdı
Sputnik

BAKI, 6 fevral — Sputnik. ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampın dövrünün izlərini silməyə davam edir.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Co Bayden Yəməndəki husiləri terrorçular siyahısından çıxarmağa hazırlaşır. Belə ki, Donald Tramp administrasiyası Baydenin andiçmə mərasimindən bir gün əvvəl Yəməndəki İranın dəstəklədiyi husiləri terrorçular siyahısına salıb.

Beynəlxalq ictimaiyyət Trampın bu qərarını humanitar fəlakətin yaşandığı Yəməndə böhranı daha da dərinləşdirəcəyini bildirib. İndi isə Bayden rəhbərliyi vəzifəyə gəldikdən sonra Trampın verdiyi qərarları silməyə çalışır.