FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Reyn sahilindən çıxdı: Almaniyada güclü daşqınlar - FOTOLAR

Sputnik

Almaniyanın qərbində Reyn və Mozel çayları daşıblar, bu çayların qovuşduğu yerdə yerləşən Koblens şəhəri isə daşından ən çox ziyan çəkən məntəqə olub.

Çayların bəzi hissələrində naviqasiya dayandırılıb.

Çayda suyun səviyyəsi daima artır, fövqəladə hallar xidmətləri küçələrdə müvəqqəti bəndlər qururlar. Proqnozlara görə, yaxın günlərdə vəziyyət yalnız pisləşəcək.

Yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Köln və Düsseldorf suyun altında qalıb. Bir sıra rayonlarda əhali təxliyə olunub.

1 / 10
Almaniyada su basmış ərazidə dəmiryolu xətti.
2 / 10
Kölndə yol nişanında qağayılar.
3 / 10
Kölndə su basmış küçələri lentə alan kişi.
4 / 10
Almaniyada suyun altında qalan uşaq meydançası.
5 / 10
Almaniyada su basmış küçədə evlər.
6 / 10
Köln sahilində insanlar.
7 / 10
Almaniyada su basmış uşaq meydançasında qu quşu.
8 / 10
Almaniyada su basmış ərazidən keçən qatar.
9 / 10
Almaniyada su üstündə restoran.
10 / 10
Kölndə Reyn çayı üzərində buludlar.