QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gorus yolunda nə olub? Öncə "Azərbaycana xoş gəlmisiniz" lövhəsini atəşə tutdular...

Hadisə yol kənarında quraşdırılmış "Azərbaycana xoş gəlmisiniz!" yazılmış lövhənin ermənilər tərəfindən atəşə tutulması ilə başlayıb
Sputnik

BAKI, 6 fevral - Sputnik. Ermənistan KİV Gorus-Qafan yolunda insident baş verdiyini yazır, ölkənin güc strukturları isə təkzib verir.

Ermənistan ordusunda nə baş verir və niyə "Qarabağ dövləti"ndən dəm vururlar?

Belə ki, Sputnik Ermənistan-ın məlumatına görə, Qafanın meri Gevork Parsyan rusiyalı sərhədçilərin həmin yolda insidentin qarşısını aldıqlarını deyib. 

Hadisə yol kənarında quraşdırılmış "Azərbaycana xoş gəlmisiniz!" yazılmış lövhənin ermənilər tərəfindən atəşə tutulması ilə başlayıb. Saytın iddiasına görə, bundan istifadə edən Azərbaycan hərbçiləri guya mövqelərini irəli çəkiblər, ancaq rusiyalı sülhməramlılar buna mane olub, üstəlik, yola zirehli maşın çıxarıblar. 

Gorus-Qafan yolunun müəyyən hissələri Azərbaycan tərəfinin nəzarət etdiyi ərazilərdən keçir. 

Ermənistanın Müdafiə Nazirliyi isə hadisəni təkzib edib: "Milli Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Vorotan (Şurnuxu) - Davud Bəy yolunda heç bir insident olmayıb". 

Qeyd edək ki, bu gün başqa bir kuryoz hadisə sosial şəbəkələri silkələməkdədir. Belə ki, Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan Telegram kanalında Ermənistan tərəfində Qarabağa keçməyə cəhd göstərən fransalı jurnalistlərin rus sülhməramlıları tərəfindən saxlanılaraq geri qaytarılmasını yazıb: "Bir neçə gün əvvəl Fransadan keçmiş merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalist və ictimai xadim Qarabağa getmək və burada baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana səfər edib. Onlar rəsmi şəkildə akkreditə olunaraq Xankəndiyə yola düşüblər. 

Qərbə ötürülən mesajlar: Ermənistan məğlubiyyətini kompensasiya etməyə çalışır
Laçında onları sülhməramlılar saxlayıb, haraya getdiklərini soruşublar. Jurnalistlər akkreditasiyalarını göstərib, Qarabağa getdiklərini söyləyəndə sülhməramlılar bunun mümkün olmadığını, onların Azərbaycan ərazisinə getdiklərini və Ermənistandakı akkreditasiyanın etibarsız olduğunu bildiriblər. "Əgər getmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin”, - deyiblər. Edəcək bir şeyi qalmayan nümayəndə heyəti İrəvana qayıdıb və Fransa səfirinə məsələni bildirib. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi şəkildə Nikol Paşinyanla əlaqə yaradıb və nə baş verdiyini anlamağa çalışıb. Cavabında isə Nikol yanvarın 11-də beynəlxalq mətbuat nümayəndələrinin Azərbaycanda akkreditasiyadan keçməli olması barədə razılıq əldə olunduğunu bildirib və ümumiyyətlə bu məsələyə qarışmamağın daha yaxşı olacağını qeyd edib. Conatan Lakotun isə susmaqdan başqa çarəsi qalmayıb".