BAKI, 6 fevral - Sputnik. Ötən gün Azərbaycana daha 648 000 doza koronavirus peyvəndi gətirilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti məlumat verib. Bildirilib ki, indiyədək ölkəyə cəmi 848 min doza vaksin gətirilib.
Həmçinin ölkədə koronavirusa qarşı peyvənd olunanların sayı da açıqlanıb - 65 min nəfər.
Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlayıb. Fevralın 8-dən isə Azərbaycanda 65 yaşdan yuxarı şəxslər COVID-19 infeksiyasına qarşı vaksinasiya olunacaqlar.