Virusa yoluxanların sayı azaldı

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6133, bu günə qədər isə ümumilikdə 2439718 test icra olunub.
Sputnik

BAKI, 5 fevral — Sputnik. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 138 yeni yoluxma faktı qeydə alınıb, 329 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 230907 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224760 nəfər müalicə olunaraq sağalıb, 3153 nəfər vəfat edib.

Hazırda 2994 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6133, bu günə qədər isə ümumilikdə 2439718 test icra olunub.