Vaksinasiya üçün elektron xidmət istifadəyə verildi

Birinci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin sözügedən elektron xidmətdən istifadəsi nəzərdə tutulub.
Sputnik

BAKI, 5 fevral — Sputnik. COVID-19 xəstəliyi əleyhinə vaksinasiya üçün elektron xidmət istifadəyə verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq 1-ci mərhələdə yaşı 65 və yuxarı olan şəxslərin sözügedən elektron xidmətdən istifadəsi nəzərdə tutulub.

Xidmətdən istifadə etmək üçün randevu.its.gov.az ünvanına daxil olub qeydiyyatdan keçmək lazımdır.