Türkiyə və Azərbaycan taktiki təlimlərə belə hazırlaşır - VİDEO

Səsindən titrəyər yerlə göy! Gəzən bir dağ... Coşqun bir sel... Dinməyən bir tufan. Qarsda keçiriləcək "Qış təlimi-2021" Türkiyə-Azərbaycan birgə taktiki təlimlərinə hazırlıqlar davam edir.
Sputnik

BAKI, 5 fevral — Sputnik. Türkiyə və Azərbaycan Silahlı Qüvvələri yaxın vaxtlarda Qars vilayətində birgə təlimlər keçirəcək. Sputnik Azərbaycan xəbər veririk, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, təlimlər "Qış-2021" şərti adı ilə keçiriləcək.

"Səsindən titrəyər yerlə göy! Gəzən bir dağ... Coşqun bir sel... Dinməyən bir tufan. Qarsda keçiriləcək "Qış təlimi-2021" Türkiyə-Azərbaycan birgə taktiki təlimlərinə hazırlıqlar davam edir", - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşımında bildirilir.