Repçi brilyant implant qoydurdu - VİDEO

Sosial şəbəkələrdə Lil Uzi Vertin ekstravaqant hərəkəti birmənalı qarşılanmayıb: bəzi pərəstişkarları rep ifaçısının bəzəyi və cəsarətindən məmnun qalsa da, bəziləri bunu dəlilik hesab edib.
Sputnik

BAKI, 5 fevral — Sputnik. Amerikalı rep ifaçısı Lil Uzi Vert alnına 24 milyon dollarlıq çəhrayı brilyant implant qoydurub.

Sputnik Azərbaycan xəbər verir ki, "Gözəllik ağrıdır" deyə reper "Instagram" hesabında yazıb.

Qeyd edək ki, o, bu qiymətli daş üçün 2017-ci ildən bəri pul yığdığını deyib.

Sosial şəbəkələrdə Lil Uzi Vertin ekstravaqant hərəkəti birmənalı qarşılanmayıb: bəzi pərəstişkarları rep ifaçısının bəzəyi və cəsarətindən məmnun qalsa da, bəziləri bunu dəlilik hesab edib.

Musiqiçinin yeni obrazı, yapon anime serialının qəhrəmanları, pokemonlar və alnında büllur olan Marvel kainat Vision qəhrəmanı ilə müqayisə edilib.