CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rafiq Əliyev: “Lütfi Zadə bütün zamanların dahisidir”

Professor Rafiq Əliyev deyir ki, qeyri-səlis məntiq nəzəriyyəsinin yaranmasında Lütfi Zadənin xarakterinin təsiri olub
Sputnik

Dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasından yüz il ötür.

Alimin yaxın dostu, akademik Rafiq Əliyev Lütfi Zadə haqqında düşüncələrini Sputnik Azərbaycan-a danışıb. O bildirib ki, artıq Lütfi Zadənin 100 illiyi ilə bağlı iki konfrans keçirilib və biri də keçiriləcək:

“Lütfi Zadə son dərəcə sadə bir insan idi və onun buraxdığı iz çox böyükdür. Bu sadəliklə yanaşı, o, elmdə prinsipiallığı ilə seçilirdi. Düşünürəm ki, qeyri-səlis məntiq nəzəriyyəsinin yaranmasında onun xarakterinin təsiri oldu. O, klassik streotiplərdən çəkinmədi, Aristotel məntiqini demirəm dağıtdı, amma onu genişləndirdi və fərqli bir nəzəriyyə ortaya çıxartdı. Zadənin evi orta statistik azərbaycanlının evindən daha aşağı səviyyədə idi. O belə şeylərə fikir verməzdi. Lütfi Zadə Azərbaycana son dərəcə bağlı idi. Mənim fikrimcə, o, bütün zamanların dahisidir”.

Xatırladaq ki, bu ilin yanvarın 25-də Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Rafiq Əliyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz