CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: "Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır"

"Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq".
Sputnik

BAKI, 5 fevral — Sputnik. "Heç bir şagird təhsil prosesindən kənarda qalmamalıdır. Çətinliklərə baxmayaraq, bütün şagirdlərimizin öyrənməsini təmin etmək üçün müxtəlif alətləri düzgün istifadə etməyə çalışırıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib.

O qeyd edib ki, teledərslər bu məqsədi reallaşdırmaqda əvəzsiz bir vasitəyə çevrilib:

"Bu günə qədər 6700-dən çox teledərs hazırlanıb. Bu layihənin ərsəyə gəlməsində zəhməti keçən həmkarlarımıza təşəkkür edirəm. Növbəti həftədən etibarən eşitmə çətinliyi olan şagirdlərimiz üçün də teledərslər yayımlanacaq. Hər bir uşağın davamlı öyrənməsi naminə birlikdə çalışmalıyıq".