HADİSƏ

Dərnəgüldəki yataqxanada intihar baş verib

Bakının Binəqədi rayonunda, Dərnəgül qəsəbəsində yerləşən yataqxanada intihar hadisəsi qeydə alınıb.
Sputnik

BAKI, 5 fevral - Sputnik. Bakının Binəqədi rayonunda intihar hadisəsi qeydə alınıb. 

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, 33 yaşlı G.Əzizov Dərnəgül qəsəbəsində yerləşən yataqxananın hamam otağında özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.