CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda müəllimlər və hazırlıq qrupunun şagirdi koronavirusa yoluxub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərdə və məktəbəhazırlıq qrupuna cəlb olunan uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.
Sputnik

BAKI, 5 fevral - Sputnik. Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki (BŞTİ) ümumi təhsil müəssisələri üzrə 5 müəllim və məktəbəhazırlıq qrupuna cəlb olunan bir uşaqda koronavirus infeksiyası (COVİD-19) aşkar olunub.

İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.