HADİSƏ

“Sən öl, zəlzələ oldu!” – Azərbaycanda təbii fəlakətin baş verdiyi an - VİDEO

Zəlzələ anı qərb rayonlarımızdan birində yaşayan vətəndaş tərəfindən təsadüfən lentə alınıb. Evinin videosunu çəkib ustaya göndərmək istəyən şəxs zəlzələ anını da çəkib. 
Sputnik

BAKI, 5 fevral - Sputnik. Bu gün axşam saatlarında Ermənistan ərazisində Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax, Tovuz, Gədəbəy, Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.

“Qafqazinfo”nun məlumatına görə, zəlzələ anı qərb rayonlarımızdan birində yaşayan vətəndaş tərəfindən təsadüfən lentə alınıb. Evinin videosunu çəkib ustaya göndərmək istəyən şəxs zəlzələ anını da çəkib. 

Həmin anın videosunu təqdim edirik: