CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbul imtahanlarında bəzi mövzular ixtisar olunub

Xanlar Xanlarzadə abituriyentlərə qəbul imtahanlarında bəzi mövzuların ixtisarını güzəşt kimi qəbul etməməyi tövsiyə edib
Sputnik

BAKI, 4 fevral — Sputnik. Qəbul imtahanlarında proqramlar sadələşdirilib. Bəzi mövzular ixtisar olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında qonaq olarkən deyib. O bildirib ki, bu, imtahanda güzəşt demək deyil: "Bu, sadəcə olaraq abituriyentlərə dəstək vermək məqsədilə atılan addımdır. Abituriyentlərin bilik səviyyəsinin qiymətləndirilməsi ədalətli şəkildə aparılacaq".