SƏHİYYƏ

Dərs keçə bilməyən uşaqlı müəllimlərə nazirlik rəsmisindən sərt cavab

Nazirliyin şöbə müdirinin sözlərinə görə, hazırkı epidemioloji qaydalara əsasən, yalnız 65 yaşdan yuxarı olan müəllimlərin əyani dərslərə cəlb edilməməsi nəzərdə tutulub
Sputnik

BAKI, 4 fevral — Sputnik. Azyaşlı uşağı olan gənc müəllimlər şikayət edirlər ki, əgər bağçalar bağlıdırsa, biz əyani dərslərdə necə iştirak edək? Lakin bu, təhsil sisteminin problemi deyil, ailədaxili problemdir. Bunun həll yolları da ailə daxilində tapılmalıdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, hazırkı epidemioloji qaydalara əsasən, yalnız 65 yaşdan yuxarı olan müəllimlərin əyani dərslərə cəlb edilməməsi nəzərdə tutulub: "Hazırda epidemioloji vəziyyəti nəzərə almaqla, əyani dərslərə tezliklə qayıtmalıyıq. Çünki bu, çoxluğun tələbidir. Burada təhsilverənlərin mənafeyi əsas götürülür".