CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaydalara uymayan sahibkarı Bakıda bu cür cəzalandırdılar

Şikayət üstünə şikayət gələn marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha rahat daşınması mümkün olacaq
Sputnik

BAKI, 4 fevral — Sputnik. Fevralın 5-dən 32 nömrəli müntəzəm marşrut xətti ("28 May" metrostansiyası-"8-ci kilometr" ərazisi) üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə məxsus, ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla icra ediləcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, dəyişiklik sayəsində 32 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha rahat daşınması mümkün olacaq:

"Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 32 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı "Fidan"-MMC-yə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.

Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 32 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları "BakuBus" MMC-yə həvalə olunub".