BAKI, 4 fevral — Sputnik. "Azərbaycan Hava Yolları" QSC Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:
"Xatırladırıq ki, AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır:
- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr".