Türkiyənin məşhur aktrisasını Kim Kardaşyana bənzətdilər - FOTO

Şişirdilmiş makiyajı ilə gündəm olan Şükran Ovalını bir zamanlar makiyaj sayəsində Bircan Bali, Banu Parlak, Demet Akalın və Seren Serengilə də bənzətmişdilər.
Sputnik

 

BAKI, 4 fevral — Sputnik. "Exxen"-də yayınlanan "Şeref Bey" serialı ilə yenidən tamaşaçıların görüşünə gələn aktrisa Şükran Ovalının makiyajı olay olub.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur futbolçu Caner Erkinlə olan evliliyindən dünyaya gələn Mihran adlı qızının doğumundan sonra artıq çəkisi ilə mübarizə aparan aktrisa bu dəfə də Kim Kardaşyana bənzədilib.

Şişirdilmiş makiyajı ilə gündəm olan Şükran Ovalını bir zamanlar makiyaj sayəsində Bircan Bali, Banu Parlak, Demet Akalın və Seren Serengilə də bənzətmişdilər.

Budəfəki görünüşü isə əvvəlkiləri kölgədə qoyub. Özünü makiyajla tam dəyişən Şükran Ovalı Kim Kardaşyana bənzəməsi ilə səs-küy yaradıb. Fotolarını "Instagram" hesabında paylaşan aktrisa izləyiciləri tərəfindən sərt qarşılanıb.